"Dünya bu gün cənab İlham Əliyevin sülhün və əminamanlığın, təhlükəsizliyin təmin edilməsindəki xidmətlərini, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri və əməkdaşlığın inkişafı sahəsində onun səmərəli rolunun gələcək üçün önəmli olduğunu yüksək qiymətləndirir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Ucar rayon Heydər Əliyev Mərkəzinin direktoru-Mətanət Qəribova səsləndirib. O bildirib ki, "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda gedən müzakirələrdə moderatorun suallarına cavab verərkən Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınması prosesinda yaranmış yeni situasiya prizmasından ölkəmizin ədalətli mövqeyini bir daha səsləndirmiş və regiona davamlı sülh gətirəcək konstruktiv addımların atılmasının zəruriliyini ortaya qoymuşdur:
"Bu gün danışıqlar masasında yalnız Azərbaycanın şərtləridir. Ermənistan bizim şərtlərlə hazırlanan sülh müqaviləsini imzalamaq məcburiyyətindədir".
Mehman