Azərbaycana səfər çərçivəsində Rusiya Federasiyası Dağıstan Respublikası Hökumətinin sədri Abdulmuslim Abdulmuslimov ilə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında görüş keçirilib.
Newscenter.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, görüşdə dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaların həyata keçirilməsi, nəqliyyat infrastrukturunun və sərhəd-keçid məntəqələrinin təkmilləşdirilməsi, hava nəqliyyatı sahəsində əməkdaşlıq müzakirə olunub.
Bununla yanaşı, sərhəd-keçid məntəqələrində yük nəqliyyat vasitələri səbəbindən yaranan növbələrin vaxtında və operativ həll üzrə birgə addımların atılmasının vacibliyi vurğulanıb.
Sevinc