“Ermənistan açıq-aşkar müharibə hazırlığındadır. Bu ölkənin baş naziri Nikol Paşinyanın Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ortaya qoyduğu qeyri-konstruktiv mövqe, rəsmi Bakı tərəfindən sülh müqaviləsinin imzalanmasına dair irəli sürülən təkliflərlə razılaşmaması, paralel olaraq Qarabağda Ermənistana məxsus sislahlı birləşmələrin sayının artırılması belə deməyə əsas verir”.
Newscenter.az xəbər verir ki, bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrup hesab edir ki, Fransa və İranın Ermənistanı müharibəyə şirnikləndirməsi Paşinyan hakimiyyətini sülh müqaviləsinin imzalanmasına yönəlik danışıqlardan yayınmağa vadar edir:
“Bu arada THC təşkilatının yaydığı məlumatdan da aydın görünür ki, Ermənistan müharibə hazırlıqlarına başlayıb. Məlumatdan aydın olur ki, Ermənistanın Silahlı Qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki hərbi birləşmələrinin sayı 17-yə çatdırılıb. Halbuki üçtərəfli bəyanatın bəndlərinə uyğun olaraq Ermənistan bütün qüvvələrini Qarabağdan çıxarmalıdır. Lakin göründüyü kimi, Paşinyan hökuməti nəinki öz Silahlı Qüvvələrini Qarabağdan çıxarır, əksinə onların sayını da artırır”.
Analitik Qrup hesab edir ki, bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan hakimiyyəti üzdə sülh danışıqlarına meyilli görünsə də, əslində arxada Paris və Tehranın təhriki ilə müharibəyə hazırlaşır.
Mehman