“Fransa hökumət başçısı Makronun “Ermənistana dəstəyi davam edəcəyik" mesajı, nəinki Azərbaycana qarşı yönəlib, eyni zamanda Cənubi Qafqazda təxribatlara davam edəcək kimi qəbul oluna bilər. Sözsüz ki, bu işlərin arxasında Makronun sülh prosesini dördtərəfli formata daşımaq xəyalları dayanır”.
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, bütün bunlar Fransanın geosiyasi oyunçu olmadığını, masada yer almadığını, açıq şəkildə, beynəlxalq hüququn yox, məhz Ermənistan tərəfindən yana olduğunu və bunların arasında məhz Makronun məkirli siyasətinin dayandığını Azərbaycan prezidenti İlham Əliyev dolayısı ilə bəyan etdi:
“Dolayısı ilə Fransa, proseslərdən kənarda qalan Rusiyanın siyasətini davam etdirir və çalışır ki, sülh prosesində iştirak etmək hüququ qazanaraq, Cənubi Qafqaza yerləşsin. Azərbaycan heç bir halda buna izn verməyəcək”.
Natiq