İranda 5,3 maqnitudalı zəlzələ baş verib.
Newscenter.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri İranın Bəndər Abbas şəhərindən 113 kilometr şimal-qərbdə yerləşib.
İtkilər və dağıntılar barədə hələlik məlumat yoxdur.