Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın Qərb, Avropa ilə düşmənçiliyi saxtadır -ÖZƏL

İranın Qərb, Avropa ilə düşmənçiliyi saxtadır


"İranın Qərb, Avropa ilə düşmənçiliyi də saxtadır. Ermənistan İran üçün Avropaya açılan qapıdır. Ona görə də heç bir səsini çıxarmır".

Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov İranın Aİ-nin mülki missiyasının Ermənistana gəlməsinə heç bir reaksiya verməməsinə münasibət bildirərkən səsləndirib.

O qeyd edib ki, Avropa İttifaqının nüvə məsələsinə görə İrana sanksiyalar tətbiq edəni illər olub:

"Rusiyaya dron verdiyinə görə sanksiyaları artıran Avropa İttifaqının hansı nəticə əldə etdiyinə baxsaq görərik ki, İran nüvə məsələsində hardan hara gəlib. Tibbi məqsədlər üçün uranın 2-4% zənginləşdirməkdən danışan İranın artıq 84% uranı zənginləşdirib və artıq qısa zamanda nüvə silahı əldə etməyə yaxın olduğu qeyd edilir. Bunda ABŞ-ın da rolu böyükdür".

Azər Qasımov onu da qeyd edib ki, İranda davam edən qarşıdurmalar fonunda Münhen Təhlükəsizlik konfransının keçirildiyi zamanda Pəhləvinin oğlunun mitinq etdiyini gördük:

"Şah Pəhləvinun oğlunun da konfransa dəvət edildiyi qeyd edilir. Qərb əgər İran fars rejimini yıxmaq istəyirsə, Pəhləvinin davamçılarının həm azərbaycanlılar tərəfindən, həm də digər kürd və ərəb mənşəli İran vətəndaşları tərəfindən qəbul edilməyəcəyini bilə-bilə niyə dəvət edir? Burdan görünür ki, ABŞ və Aİ bu hərəkətlə fars rejiminə dəstək verir, nəinki onu devirmək istəyir. Belə faktları uzatmaq da olar. Bundan başqa Ukraynada vurulan İran dronlarının içərisindən ABŞ və Aİ ölkələrinin şirkətlərinin 60-dan çox detalı çıxıb".

Sonda politoloq onu da deyib ki, İran Azərbaycandan başqa, şeytanın belə gəlib Ermənistanda olmasına razılıq verər, ancaq Türk xalqının bu ərazilərə ayaq açmasını istəməz.

Mehman
Xəbəri paylaş