Qətərin Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər çəkənlərə yardımları davam edir.
Newscenter.az-ın xəbərinə görə, bu ölkə daha 1400 konteyner evin Türkiyəyə, zəlzələdən zərər çəkənlərə göndərilməsini qərarlaşdırıb.
Türkiyənin Qətərdəki səfiri Mustafa Göksu bu barədə Anadolu Ajansı müxbirinə bildirib ki, Qətər İnkişaf Fondu ilə bu barədə razılıq əldə olunub və konteyner evlər dəniz vasitəsilə Türkiyəyə çatdırılacaq.
Qeyd edək ki, bundan əvvəl də Qətər zəlzələ qurbanları üçün 306 konteyner ev göndərmişdi.
Mehman