Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Bioloji Müxtəlifliyin Qorunması, Dövlət Ekoloji Təhlüksəizlik Xidmətlərinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Qızılağac Milli Parkının “Kiçik Körfəz” adlanan ərazisində mühafizə rejiminin pozulması faktı aşkar edilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev Newscenter.az-a bildirib ki, hazırda mühafizə rejimini pozan şəxslərin müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanları ilə birgə araşdırma davam etdirilir.
Keçirilən nəzarət tədbirləri zamanı ərazidən 5585 metr uzunluğunda sintetik tor yığışdırılıb.
Sevinc