Rusiyanın baş naziri Mixail Mişustin Türkiyə də daxil olmaqla 19 ölkənin vətəndaşlarına yalnız mehmanxana və ya digər yerləşim obyektlərinin rezervasiyası əsasında 6 aya qədər turist vizası almaq hüququ verən fərman imzalayıb.
Newscenter.az xəbər verir ki, haber7.com bu barədə məlumat yayıb.
Bildirilib ki, martın 5-dən qüvvəyə minəcək fərman Bəhreyn, Bruney, Hindistan, İndoneziya, İran, Kamboca, Çin, Şimali Koreya, Küveyt, Laos, Malayziya, Meksika, Myanma, Oman, Səudiyyə Ərəbistanı, Serbiya, Tayland, Türkiyə və Filippin vətəndaşlarına şamil ediləcək.
Beləliklə, martın 5-dən etibarən Rusiya otellərində qeydiyyatdan keçmiş sözügedən ölkə vətəndaşları 6 aylıq Rusiya vizası əldə edə biləcəklər.
Mehman