“Türkiyənin Hatay vilayətində ötən gün baş verən yeni zəlzələlər nəticəsində 294 nəfər xəsarət alıb”.
Newscenter-az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviterdə bildirib.
Onun sözlərinə görə, yaralılardan 18 nəfərin vəziyyəti ağırdır: “Hatayda baş verən 6,4 bal gücündə zəlzələdən zərərçəkən və dərhal müalicələrinə başlanan yaralıları səhra xəstəxanalarında ziyarət etdik, vəziyyətlərini müşahidə altında saxlayırıq. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hava və quru yolu ilə Adana və Dördyol xəstəxanalarına aparılıblar”.
Nazir əlavə edib ki, sonuncu zəlzələlərdən sonra bəzi xəstəxanaların binasında çatlar əmələ gəlib.
Mehman