Türkiyədə baş verən dağıdıcı zəlzələlər Antakya fayının qırılmasına gətirib çıxarıb.
Newscenter.az haberturk.com-a istinadən xəbər verir ki, Dokuz Eylül Universiteti (DEU) Zəlzələ Araşdırma və Tətbiq Mərkəzinin direktoru Prof. Dr. Həsən Sözbilir belə bir açıqlama ilə çıxış edib.
O deyib ki, fevralın 6-da Kahramanmaraşda baş verən ilk zəlzələdən sonra yığılan gərginliklə Antakya fayında qırılma baş verib.
Antakya fayı ilə bağlı müşahidə apardığını deyən Sözbilir fayda çatların göründüyünü vurğulayıb.
Mehman