“Avropa İttifaqı hiyləgərlik edərək mülki missiyasının müddətini uzatdı. İlkin mərhələdə 2 ay çərçivəsində fəaliyyətlə məhdudlaşan Aİ-nin mülki missiyasının müddəti ötən il, dekabr ayının 19-da bitmişdi. Hazırkı mülki missiyası isə yenidən fəaliyyətə başlayıb və bu missiya Ermənistan ərazisində fəaliyyət göstərəcək”.
Bu fikirləri Newscenter.az-a politoloq İlyas Hüseynov səsləndirib. O, bildirib ki, ilkin mərhələdə belə bir missiyanın regiona gəlməsi Azərbaycan tərəfi ilə razılaşdırılsa da, sonrdan Aİ rəsmi Bakının mövqeyini nəzərə almaq istəmədi:
“Keçən il Azərbaycan və Ermənistan liderləri arasında Praqada keçirilən görüşdə belə bir razılaşma əldə olundu ki, Avropa İttifaqının mülki missiyası Ermənistan ərazisində yerləşəcək və Azərbaycanla Ermənistan arasında delimitasiya kommisiyasının işinə monitorinq apararaq töhfə verəcək. Lakin gördük ki, bu müddət ərzində missiya sözügedən prosesə heç bir fayda verə bilmədi”.
Mehman