Türkiyə ilə Yunanıstan arasında gərginliyin aradan qaldırılması və iki ölkənin münasibıtlərinin normallaşdırılması üçün yaxşı fürsət yaranıb.
Newscenter.az xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Yunanıstanda yayımlanan MEGA TV-yə müsahibə verərkən belə deyib.
Blinken, Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Yunanıstanın Türkiyəyə dəstək təlaşının türklərin qəlbinə toxunduğunu ifadə edərək, "Orada oldum və bir çox türk həmkarımla söhbət etdim. Onların İlk dedikləri Yunanıstandan kömək gəldiyi idi. Bunun nə qədər mənalı olduğunu söylədilər. Məncə, bu, gözəl atmosfer yaradır” deyə vurğulayıb.
Mehman