Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan regiona Aİ-nin hərbi missiyasının gəlməsinə nail ola bilərmi?-EKSPERT RƏYİ -ÖZƏL

Ermənistan regiona Aİ-nin hərbi missiyasının gəlməsinə nail ola bilərmi?-EKSPERT RƏYİ


Avropa İttifaqının mülki missiyasının öz ərazisində mövcudluğunun vaxtının uzadılmasına nail olan Ermənistanın Azərbaycanla sərhəddə gərginliyi artıraraq bu missiyanın hərbi missiya ilə əvəz etməyə çalışacağı bildirilir. Artıq bu gündən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulması belə deməyə əsas verir. Bəs görəsən İrəvan buna nə dərəcədə nail ola bilər və Azərbaycan belə bir təhlükənin baş verəcəyi təqdirdə hansı addımı atmalıdır?

Hərbi ekspert Ədalət Verdiyev məsələ ilə bağlı Newscenter.az-a verdiyi açıqlamada bildirib ki, Ermənistan öz ərazisinə istənilən missiyanı dəvət edə bilər. Lakin bu missiyanın Azərbaycanla təyin olunmamış sərhədlərdə yerləşdirilməsi gərginlyi daha da artıracaq. O bildirib ki, Ermənistanın Azərbaycanla sərhədləri təyin olunmadığı üçün Avropa İttifaqının missiyasının konkret olaraq hansı ərazidə və öz funksiyalarını hansı şəraitdə yerinə yetirəcəkləri böyük suallar yaradır:

“Nəzərə almalıyıq ki, ilk Avropa İttifaqı missiyasından fərqli olaraq ikinci missiyanın fəaliyyəti Azərbaycanla razılaşdırılmayıb və sonuncu missiyanın tərkibində Avropadan olan hərbiçilərin yer alması Azərbaycan üçün qəbuledilməzdir. Böyük ehtimalla hərbi mssiyanın tərkibində Avropadan olan xüsusi xidmət və kəşfiyyat orqanlarının nümayəndələrinin də iştirak edəcəyini nəzərə alsaq deyə bilərik ki, bu birmənalı olaraq Azərbaycanın milli və dövlətçilik maraqları əleyhinə atılmış bir addım olacaq. Nəticə etibarilə bu missiyanın fəaliyyti Azərbaycanla Ermənistan arasında sülhün və təhlükəsizliyin tımin olunmasına kifayət qədər ciddi ziyan vuracaq”.

Ədalət Verdiyev qeyd edib ki, Avropadan hərbi missiyanın Azərbayanla şərti sərhədlərdə yerləşdirilməsi Ermənistan tərəfindən sülh prosesini yubatmaq və sülh müqaviləsini ləngitmək məqsədilə atılmış bir addımdır:

“Ermənustan bu missiyanı gələcəkdə daha da genişləndirməyə cəhd edə bilər. Biz bu missiyanın fəaliyyətinin məhdudlaşdırılması üçün əlimizdən gələni etməliyik”.

Anar
Xəbəri paylaş