Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan sülh istəmir

Ermənistan sülh istəmir


"Gecə saatlarında Tovuz və Sədərək istiqamətində Ermənistan ordusunun, Kəlbəcər, Xocavənd və Şuşa istiqamətində isə qanunsuz erməni silahlılarının 15 dəfə atəşkəsi pozması göstərir ki, Ermənistan sülh istəmir".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq İlyas Hüseynov deyib ki, bununla yanaşı, regional və qlobal əhəmiyyətli Münhen Təhlükəsizlik Konfransının nəticələri ilə İrəvan hesablaşmır və bununla da Azərbaycanı növbəti hərbi-siyasi təxribata sürükləyir:

"Avropa İttifaqının yeni mülki missiyasının Ermənistana yerləşməsindən dərhal sonra hələ də delimitasiya olunmamış sərhədlərimizdə və müvəqqəti olaraq ərazimizdə yerləşən Rusiya sülhməramlılarının olduğu bölgədə silah səslərinin eşidilməsi regional təhlükəsizlik baxımdan həyacan təbili çalmağa əsas verir. Digər mühüm xüsus da bundan ibarətdir ki, bu gün Azərbaycan və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasından bir il ötür".

Mehman
Xəbəri paylaş