Avropa İttifaqının mülki missiyasının ərazisində olmasından arxayınlaşaraq özünü daha təhlükəsiz hesab edən Ermənistan tərəfi yeni-yeni təxribatlara əl ataraq sərhəddə vəziyyəti yenidən gərginləşdirə bilər. Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupunun yaydığı açıqlamada əksini tapıb.
Newscenter.az-a daxil olan açıqlamada qeyd edilib ki, yaxın günlərdə Ermənistan tərəfindən atəşkəs rejiminin pozulmasına da tez-tez rast gəlinəcək:
“Ermənistan hesab edir ki, sərhəddə nə etsə, hansı təxribatı törətsə də, Azərbaycan tərəfi Avropa İttifaqının mülki missiyasından ehtiyat edərək heç bir addım atmayacaq və erməni tərəfinin ərköyünlüyünü, təxribatlarını müşahidə etməklə məşğul olacaq. Ancaq İrəvan unudur ki, Azərbaycan İkinci Qarabağ müharibəsində dünyanın əksər hissəsinin qarşısında görməsindən asılı olmayaraq başladığı işi sona çatdırmağa qərar verdi və nəticə etibarilə torpaqlarını işğaldan azad etdi. Ona görə də yaxşı olar ki, Ermənistan ağlını başına yığsın”.
Analitik Qrup hesab edir ki, Ermənistanı buna təhrik edənlər də çox böyük yalnışlığa qol qoyur və bölgəni yenidən gərginliyə sürükləyirlər.
Mehman