Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın regionda yeni gərginlik yaratmasında Avropa İttifaqı da məsuliyyət daşıyır və günahkardır

Ermənistanın regionda yeni gərginlik yaratmasında Avropa İttifaqı da məsuliyyət daşıyır və günahkardır


“Ermənistanın yenidən təxribatlara əl ataraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması təsadüfi deyil. Avropa İttifaqının mülki missiya adı altında işğalçı ölkədə fəaliyyətə başladığı ilk gündən Azərbaycanın mövqelərinin atəşə tutulması ölkəmizə qarşı qurulan xain planın tərkib hissəsidir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. Təşkilat sədri qeyd edib ki, Ermənistan bu yolla çalışır ki, Avropa İttifaqının hərbi missiyasını da bölgəyə yerləşdirsin:

“Əslində Ermənistanın Avropa İttifaqının missiyasına arxayın olaraq Azərbaycana qarşı təxribatlara əl atacağı gözlənilən idi. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenlə baş tutan üçtərəfli görüş, eləcə də konfransın işinə uyöun olaraq keçirilən debatlarda baş nazir Nikol Paşinyanın müzakirələrdən yayınması və Azərbaycanla sülh müqaviləsinin imzalanmasına maraqlı olmadığı görüntüsü yaratması ondan xəbər verirdi ki, Ermənistan yeni təxribatlara hazırlaşır”.

Arzuman Muradlı təəssüflə qeyd edib ki, Ermənistanın regionda yeni gərginlik yaratmaq və sülhdən yayınaraq qarşıdurmaya meyilli olmasında Avropa İttifaqı da məsuliyyət daşıyır və günahkardır:

“Çünki Avropa İttifaqının Ermənistana olan münasibəti, onu ciddi cəhdlə mühafizə etməsi İrəvanı ərköyün edir”.


Mehman
Xəbəri paylaş