Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əziz Mahmud Hüdayi Fondundan zəlzələ qurbanlarına dəstək

Əziz Mahmud Hüdayi Fondundan zəlzələ qurbanlarına dəstək


Əziz Mahmud Hüdayi Fondu zəlzələ qurbanlarının yaralarının sağalması üçün təbii fəlakətin baş verdiyi bölgədə işlərini davam etdirir.

Fonddan Newscenter.az-a verilən məlumata görə, Kahramanmaraşda “əsrin fəlakəti” olaraq xarakterizə edilən iki böyük zəlzələdən sonra fəlakətdən zərər çəkənlərin ehtiyaclarını qarşılamaq üçün ilk gündən fəaliyyətə başlayıblar.

Hüdayi Fondu 650 min öyün yemək, 30 TIR su, 59 TIR ərzaq, 28 TIR müxtəlif məhsullar, 18 TIR kömür, 16 TIR adyal, 19 TIR geyim, 15 TIR gigiyenik məhsullar, 12 TIR odun, 12 TIR soba, 2 TIR xalça, 7 TIR un, 750 min ədəd çörək, 2000 yataq, 1750 elektrik qızdırıcısı, 1000 qaz balonu, 1000 qaz plitəsi, 500 yuxu tulumu, 12 mobil sanitar qovşağı, 70 bağlama dərman, 150 çadır, 23 konteyner və 18 su çəni zəlzələ bölgəsinə göndərib.

Digər tərəfdən, fond Kahramanmaraş, Hatay, Adıyaman və Malatya şəhərlərində yerləşən “aş evi” və könüllüləri ilə zəlzələ qurbanlarına xidmət göstərir.

Konteyner yaşayış məntəqələri tikiləcək

Zəlzələ bölgəsində ən mühüm ehtiyaclardan biri zəlzələdə evlərini itirənlər üçün yeni yaşayış məntəqələrinin tikilməsidir.

Əziz Mahmud Hüdayi Fondu AFAD ilə koordinasiyalı olaraq onlarla zəlzələ qurbanına sığınacaq verəcək konteyner məskunlaşma mərkəzləri inşa edir.

Layihə çərçivəsində inşa ediləcək 21 kvadratmetrlik konteynerlərdə 2 otaq, hamam-tualet, mətbəx və elektrik su qızdırıcısı olacaq.

Mehman
Xəbəri paylaş