Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Havada toz dumanı müşahidə olunur

Havada toz dumanı müşahidə olunur


Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva Newscenter.az-a bildirib ki, havata tozun miqdarı 1.6-3 dəfə normadan artıqdır. Buna səbəb arabir güclənən cənub-qərb və şimal istiqamətli küləklərin təsiri nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır.

“Tozlu hava şəraiti lokal xarakter daşıyır və meteoroloji şəraitdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”.

Sevinc
Xəbəri paylaş