Qızı Dilan Çıtak Tatlısəsdən sonra məşhur sənətçi İbrahim Tatlısəs də evlərini zəlzələ qurbanlarına verib.
Newscenter.az xəbər verir ki, haber7.com bu barədə məlumat yayıb. Məlumatda bildirilir ki, Türkiyənin vitse-prezidenti Fuat Oktayın zəngindən sonra məşhur müğənni “Evim olsun” kampaniyasına qoşularaq Bodrumdakı 5 mənzilini zəlzələ qurbanlarının ixtiyarına verdiyini bildirib.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələ minlərlə yaşayış binasını uçurub, on minlərlə insan evsiz qalıb.
Mehman