Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şərqi Avropanın Rusiyanın təsir dairəsinə düşmə ehtimalları var -ÖZƏL

Şərqi Avropanın Rusiyanın təsir dairəsinə düşmə ehtimalları var


“Ukraynada yaşananlar, insan ölümləri, dağılan şəhərlər, yaşayış məskənlərinin yerlə bir edilməsi insanlıq adına bir faciədir. Bu faciənin səbəbkarı isə Ukraynanı işğal etməyi qarşısına məqsəd qoymuş Rusiya dövlətidir”.

Bu fikirləri Newscenter.az-a Azərbaycan Yüksəliş Partiyasının başqanının siyasi işlər üzrə müavini Rəşad Bakuvi Rusiya-Ukrayna müharibəsinin başlamasının 1 ilinə nəzər yetirərkən səsləndirib. O bildirib ki, bununla Rusiya onsuz da sarsılmış, gözdın düşmüş nüfuzuna, o cümlədən beynəlxalq hüquqa bir daha zərbə vurdu:

“Rusiya heç bir beynəlxalq hüququ tanımır, qoşulduğu konvensiyalar, paktlara əməl etmir, onları ayaqlar altına alır. Eyni zamanda Rusiya dünya ictimaiyyətinə, ictimai rəyinə qarşı çıxır”.

AY Partiya rəsmisi deyib ki, bir ildir davam edən müharibə təkcə Rusiya ilə Ukrayna arasında deyil, eyni zamanda düşüncələr, diktatura ilə demokratiya arasında gedən müharibədir. Rəşad Bakuvi hesab edir ki, müharibədən Rusiya qalib çıxsa, postsovet məkanı, yerləşdiyimiz cöğrafiya, Cənubi Qafqaz regionu böyük bir təhlükə altında olacaq: “Hətta Şərqi Avropanın belə yenidən Rusiyanın təsir dairəsinə düşmə ehtimalları var”.

Anar
Xəbəri paylaş