Birləşmiş Ştatların 45-ci prezidenti Donald Tramp bundan sonra ABŞ-da prezidentliyə namizədlərin əqli bacarıqlılıq testindən keçməsinin vacib olduğunu söyləyib.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, Tramp bu barədə “Truth Social” adlı sosial şəbəkəsindəki paylaşımında qeyd edib. O bildirib ki, prezidentliyə namizəd olacaq hər bir kəs belə bir testdən keməyə razılıq verməlidir.
Qeyd edək ki, 76 yaşlı Tramp 2024-cü il seçkilərində prezidentliyə namizəd olmağı düşünür.
Mehman