Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vəkillər Kollegiyasının rəhbərliyi Türkiyə səfirinə başsağlığı verib

Vəkillər Kollegiyasının rəhbərliyi Türkiyə səfirinə başsağlığı verib


Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı vermək üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi Türkiyənin Azərbaycandakı Səfirliyini ziyarət edib.

Newscenter.az Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına istinadən xəbər verir ki, əvvəlcə səfirlik önünə əklil qoyulub, zəlzələ qurbanlarının xatirəsi yad olunub.

Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüş keçirilib.

Görüşdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ Azərbaycan xalqını dərindən sarsıdıb. O qeyd edib ki, dövlətimiz və xalqımız zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə faciənin ilk saatlarından səfərbər olub.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının da öz növbəsində dəstək kampaniyasına qoşulduğunu diqqətə çatdıran sədr bütün vəkillərin bu prosesdə fəallıq nümayiş etdirdiyini vurğulayıb: “Biz dərhal bütün vəkillərimizə müraciət etdik. Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə maddi yardım göstərdik. Eyni zamanda Rusiya və Ukrayna Vəkillər Kollegiyalarından Türkiyəyə yardım etməsini xahiş etdim və onlar da dəstək göstərdilər. Nəzərinizə çatdırım ki, mənim təşəbbüsümlə Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurası Türkiyədə zəlzələdən zərər çəkən vəkillərə yardım kampaniyası elan edib. Həmçinin ehtiyac yaranacağı təqdirdə yardımları davam etdirməyə hazır olduğumuzu Türkiyə Vəkillər Kollegiyasının rəhbərliyinin diqqətinə çatdırmışam. Biz bunu özümüzə qardaşlıq borcu bilirik. Bizim qəlbizim daim Türkiyənin yanındadır. Bir daha bu faciədə həyatını itirənlərin ailələrinə, yaxınlarına, qardaş Türkiyə xalqına başsağlığı verir, yaralılara şəfalar diləyirik”.

Səfir Cahit Bağçı ziyarətə və göstərilən dəstəyə görə Vəkillər Kollegiyasının rəhbərliyinə təşəkkür edib. Səfir əlavə edib ki, qardaş Azərbaycan zəlzələ ilə əlaqədar olaraq ilk dəqiqədən etibarən həmrəyliyini göstərmiş, xilasetmə, tibbi personal, humanitar yardım göndərmiş və yardımlar bu gün də davam etməkdədir.

Mehman
Xəbəri paylaş