Ermənilər tərəfindən Xocalıda azərbaycanlılara qarşı soyqırımın həyata keçirilməsindən 31 il ötür. Ötən 31 il ərzində bu bəşəri cinayətin dünyada tanıdılması, insanlıq əleyhinə törədilmiş həmin cinayətin iştirakçılarının cəzalandırılması istiqamətində müvafiq addımlar atılsa da, dünyada mövcud olan ikili standartlar erməni cinayətkarların məsuliyyətə cəlb edilməsini mümkünsüz edir.
Newscenter.az-ın xəbərinə görə, Yeni Azərbaycan Partiyasının üzvü Akşin Əliyev deyir ki, hazırda “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının tanıdılması, bu faciəni törədənlərin hüquqi müstəvidə cinayət məsuliyyətinə cəlb edilməsi və haqq səsimizin dünyaya çatdırılması məqsədi ilə başladılan petisiya olduqca böyük əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, müasir dövrdə sosial şəbəkələr mühüm təbliğat platformalarıdır və bu təbliğat formasından Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında geniş istifadə edən gənclərimiz də kifayət qədərdir.
Mehman