ABŞ-ın Tennessi ştatında yerləşən uranın zənginləşdirilməsi müəssisəsinin Y-12 Milli Təhlükəsizlik Kompleksində yanğın baş verib.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, yanğınla əlaqədar şəxsi heyət ərazidən təxliyə edilib.
Baş vermiş yanğın nəticəsində radioaktiv çirklənmənin olmadığı bildirilib. Yanğının qarşısının alınması məqsədilə əraziyə çoxlu sayda yanğınsöndürən maşın cəlb edilib.
Mehman