Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq Ədalət Məhkəməsinin qərarından narahat olmağa dəyməz

Beynəlxalq Ədalət Məhkəməsinin qərarından narahat olmağa dəyməz


Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın müvəqqəti və təxirəsalnmaz tədbirlərə dair ikinci vəsadəti üzrə çıxardığı qərardan qətiyyən narahat olmağa dəyməz.

Newscenter.az xəbər verir ki, bu fikirləri hüquq müdafiəçisi Sahib Məmmədov səsləndirib. Onun sözlərinə görə, Ədalət Məhkəməsi vəsadətlə bağlı qərar çıxarıb ki, Ermənistanın İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə Konvensiya ilə bağlı Azərbaycana qarşı verilən şikayətinə baxılanadək Azərbaycan dövləti əlində olan bütün vasitələrdən istifadə etməklə Laçın dəhlizi (Qərarda dəhliz yazılır) boyunca hər iki istiqamət üzrə insanların, nəqliyyatınvə yüklərin maneəsiz hərəkətini təmin etsin:

"Əla. Məhkəmə hesab etsin ki, Azərbaycan qərarda göstərilənləri 100% təmin edib. Yüklər, nəqliyyat vasitələri və sərnişinlər laçın yolundan maneəsiz keçə bilər. Əgər məhkəmə qərarında göstərsəydi ki, həmin yoldan narkotik maddələrin, silahların və əlvan metal filizlərinin maneəsiz daşınmasını təmin etsin, o zaman problem ola bilərdi. Buyurun keçin gedin o tərəfə. Qayıtmaq istəsəniz də qayıdın. Amma bilin ki, Azərbaycan inteqrasiya etmədikcə yaşadığınız ərazi sizlər üçün kisə kimi bir şey olacaq. Ancaq bir tərəfdən çıxıb-qayıda biləcəksiz. O ki, qaldı Azərbaycanın vəsadətinə. Qərəz öz yerində, amma belə işlərə beynəlxalq hüquq sahəsində savadı olanları cəlb etmək lazımdır. Məhkəməni istənilən qərarı Azərbaycan üçün hüquqi əhəmiyyət kəsb etmir".

Mehman
Xəbəri paylaş