"Xocalıda baş verən hadisələri bütün dünya ictimaiyyəti ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı kimi tanımalıdır".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə hüquqşünas Əli İbrahimov çıxış edib. O bildirib ki, soyqırımın bütün obyektiv cəhətlərinə Xocalıda rast gəlmək mümkündür:
“Soyqırım hər hansı bir milli, etnik, irqi və ya dini qrupun tam və qismən məhv edilməsi məqsədilə hərəkətlərdə ifadə olunan və aşağıdakı yollarla həyata keçirilən beynəlxalq cinayətdir. Bu qrupların üzvlərinin öldürülməsi, onların sağlamlığına ağır zərbə zərər yetirilməsi, uşaqların doğulmasına zorakı əngəllər yaradılması, bir qrupa mənsub olan uşaqların zorla başqa qrupa keçirilməsi, zorla köçürmə, qrupun məhv edilməsinə yönələn şəraitin yaradılması soyqırım cinayətləri sırasındadır”.
Mehman