Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əhalinin sağlamlığının qorunması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir

Əhalinin sağlamlığının qorunması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir


"Möhtərəm Prezidentimizin diqqət və qayğısı nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir-birinin ardınca mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir. Hazırda səhiyyə ocaqlarında elə bir şərait yaradılıb ki, insanlar xəstəxanalara böyük inamla gəlib müalicə olunurlar. Əminəm ki, vətəndaşlarımızın və dəyərli seçicilərimin Bakının #Keşlə qəsəbəsində yerləşən 32 saylı Birləşmiş şəhər xəstəxanası ilə bağlı qaldırdıqları məsələlər də tez bir zamanda öz həllini tapacaq".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Deputat diqqətə çatdırıb ki,
vətəndaşların və seçicilərinin kollektiv müraciətlərini nəzərə alaraq, 52 min insana xidmət göstərən xəstəxanaya baş çəkib və bu məkanla əlaqəli mövcud problemlərlə yaxından tanış olub:

"Bütün aidiyyəti qurumlara vəziyyətlə bağlı qeydlərimizi bildirdik və artıq sevindirici haldır ki, müəyyən problemlərin aradan qaldırılması üçün müsbət addımlar atılmış və digər problemlərin də həllli istiqamətində ciddi işlər görülür. Polinklinikanın yeni təyin olunan rəhbəri Niyazi müəllim ilə də görüşdük. Yeni gələn rəhbərlik də öz növbəsində, müvafiq qurumlar qarşısında problemlərin həlli istiqamətində məsələ qaldırmışdır".

Könül Nurullayeva bildirib ki, xəstəxananın cari təmirinə yaxın günlərdə başlanılacaq:

"Xüsusən rentgen otağı müasir avadanlıqlarla təmin ediləcək, yeni standartlara cavab verən lobaratoriya yaradılacaq və qəsəbədə 3000 nəfərə yaxın şəkərli diabet xəstəsinə xidmət göstərən həkimlərlə yanaşı digər sahələr üzrə də həkimlərin sayı artırılacaq. Əminəm ki, qısa bir zamanda poliklinikaya üz tutan insanların bütün ehtiyacları qarşılanacaq və onlar öz sağlamlıqlarına qovuşacaqlar".

Ruhiyyə
Xəbəri paylaş