Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni lobbisinin beynəlxalq təşkilatlar və dövlətlər üzərində təsir imkanları genişdir -ÖZƏL

Erməni lobbisinin beynəlxalq təşkilatlar və dövlətlər üzərində təsir imkanları genişdir


"Beynəlxalq Ədalət Məhkəməsinin son qərarı mövcud reallıqları əks etdirən ədalətli yanaşmadır. Ermənistan tərəfinin torpaqlarımızın işğalı dönəmində əraziləri kütləvi şəkildə minalaması və mina xəritələrini tam şəkildə təqdim etməməsi ölkəmiz üçün çox ciddi problemlər yaradır".

Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, əvvəlcə sürətli şəkildə davam etdirilən yenidənqurma işlərinə mane olur, minadan çirklənmiş ərazilərin təmizlənməsi prosesi ölkə büdcəsi üçün əlavə maliyyə yüküdür:

"Ən əsası təhlükəsizlik problemləridir ki, müharibənin bitməsindən sonra planlı və plansız formata basdırılmış minalar bölgəyə səfər edən və yaxud hər hansı bir işin icrasının həyata keçirən vətəndaşlarımızın həyatına son qoyub".

AVP rəsmisi hesab edir ki, son qərar ölkə diplomatiyasının düzgün siyasi fəaliyyətinin nəticəsidir:

"Çünki erməni lobbisinin beynəlxalq təşkilatlar və dövlətlər üzərində təsir imkanları genişdir. Lakin Azərbaycanın ardıcıl olaraq etdiyi diplomatik həmlələr və dünya üzərində formalaşan yeni geosiyasi reallıqlardan məharətlə istifadə etməsi Ermənistan dövləti, lobbisi və onlara havadarlıq edən qüvvələrin təsir dairəsini daraldır. Digər tərəfdən son yaşanan proseslər, Ermənistan ordusunun atəşkəs rejimini pozması ona işarədir ki, regiona sülhün və sabitliyin olmasında maraqlı olmayan tərəf məhz İrəvan hakimiyyətidir".

Mehman
Xəbəri paylaş