Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni təxribatında İran barmağı -ÖZƏL

Erməni təxribatında İran barmağı


Hesab edirəm ki, ötən gün Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşıə tutulması və baş verən təxribatların arxasında Ermənistanı buna ürəkləndirən İran vardır".

Bu fikirləri Newscenter.az-a səsləndirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, status-kvonun dəyişməsi üçün İran tərəfi Ermənistana hansısa vədlər verə bilər:

"Bunu kiçik bir qələbə çalmaq yolu ilə əldə etmək istəyə bilərlər. Ən azı Azərbaycan ordusuna hansısa itkilər verdirməyi planlaya bilərlər. Təbii ki, gərginlik Rusiyanın da marağındadır. İranın regionda artan fəaliyyətinə Rusiyanın loyal yanaşması bunu isbat edir".

Azər Qasımov onu da deyib ki, ancaq bu qüvvələrin Azərbaycan ordusundan son və qəti zərbə aldıqdan sonra özlərinə gələcəyi vaxt getdikcə yaxınlaşır:

"Onda artıq gec olacaq".

Mehman
Xəbəri paylaş