"Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev ölkəsinin nüvə silahından istifadə etmə mümkünlüyündən danışıb".
Newscenter.az-ın haber7.com-a istinadən verdiyi məlumata görə, Medvedev bununla dünyanın yeni bir müharibə astanasında olduğunu da vurğulayıb.
Rusiyanın Ukraynada apardığı müharibəyə toxunan Medvedev hərbi əməliyyatların davam etməsinin vacib olduğunu deyib:
"Rusiya əməliyyatı dayandırsa, məhv olacaq. Eyni zamanda ABŞ Kiyev rejiminə silah verməyi dayandırsa, müharibə başa çatacaq".
Ancaq Medvedev Birləşmiş Ştatların hələ də Kiyevi silahlandırdığını və Vaşinqtonun əsas məqsədinin Rusiyanı məhv etmək olduğunu deyib:
“Əgər ABŞ Rusiyanın məğlub olmasını istəyirsə, bəllidir ki, biz dünya münaqişəsinin astanasındayıq. Əgər ABŞ Rusiyanı məğlub etmək istəyirsə, bizim özümüzü istənilən silahla, o cümlədən nüvə silahı ilə müdafiə etmək hüququmuz var".
Mehman