Türkiyədə zəlzələdən zərər çəkən insanlara yardım məqsədilə NATO yaxın günlərdə bu ölkəyə çadır göndərəcək. Newscenter.az trthaber-ə istinadən xəbər verir ki, bu barədə açıqlamanı milli müdafiə naziri Hulusi Akar verib.
TRT Haber kanalına verdiyi müsahibədə nazir çadırların Antakyaya göndəriləcəyini deyib. Hulusi Akar mehmetciyin də zəlzələ baş verən andan etibarən bölgədə çadırlar quraşdırdığını və evləri uçulmuş zəlzələ qurbanlarının orya yerləşdirildiyini söyləyib:
"İndiyə qədər mehmetçik 60 min çadırın qurulmasında iştirak edib".
Mehman