Yaxın günlərdə Aİ şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan təmsilçilərinin növbəti görüşü baş tutacaq. Ehtimal edirəm ki, görüşdə Münhendə razılaşdırılmış məqamların detalları müzakirə ediləcək.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zaur Məmmmədov səsləndirib. Politoloq istisna etmir ki, söhbət Azərbaycanla yerli ermənilər arasında təhlükəsizlik məsələləri və inteqrasiyanın mexanizmləri müzakirə edilsin:
"Çox güman ki, Avropa İttifaqının Bakı və Xankəndi arasında müəyyən məsələlərdə iştirakı da mümkündür.
Münhendə Paşinyan Qarabağ ermənilərinin Azərbaycanın tərkibində inteqrasiyalarına razılaşıb. Bundan başqa, görüşdə Zəngəzur dəhlizi, sülh müqaviləsi ilə bağlı mətnin də müzakirəsini düşünürəm".
Mehman