"Ermənistanla indiki məqamda ciddi müharibə olacağı fikrini bir o qədər real hesab etmək olmaz. Qarabağ separatçılarının son günlər baş verən təxribatları isə sülh danışıqlarını pozmaq cəhdidir".
Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Azərbaycanın son ana kimi təxribatlara getməyəcəyi aydındır:
"Azərbaycan rəhbərliyi əgər hansısa hərbi əməliyyat keçirmək fikrində olacaqsa, onu özünün lazım bildiyi vaxtda edəcək, təxribatlara uyub düşmənin istədiyi vaxtda yox".
Anar