Kahramanmaraş başda olmaqla, Türkiyənin ona yaxın vilayətində baş verən dağıdıcı zəlzələdən sonra qorxulu görüntülər meydana çıxıb.
Newscenter.az haber7.com-a istinadən xəbər verir ki, zəlzələdən sonra Kayapınardakı boş ərazidə yerin altından tüstü qalxmağa başlayıb. Ətrafdakıları qorxudan bu hadisənin araşdırılması üçün Diclə Universitetinin Mədən Mühəndisliyi Bölümünün professoru Orxan Kavak ərazidən nümunələr götürüb.
Araşdırmalar nəticəsində məlum olub ki, əraziyə basdırılmış məişət tullantılarının bir-birinə dəyərək qızışması nəticəsində torpaq qatından tüstü çıxmağa başlayıb.
Mehman