Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynanın müharibədən qalib ayrılması postsovet məkanına da müsbət təsir göstərəcək -ÖZƏL

Ukraynanın müharibədən qalib ayrılması postsovet məkanına da müsbət təsir göstərəcək


“Ötən bir il ərzində davam edən Rusiya-Ukrayna müharibəsi Volodimir Zelenskinin nə dərəcədə qətiyyətli, qorxmaz, təmkinli olduğunu sübuta yetirdi”.

Bu fikirləri Newscenter.az-a səsləndirən Azərbaycan Yüksəliş Partiyasının başqanının siyasi işlər üzrə müavini Rəşad Bakuvi deyib ki, Zelenski Rusiya-Ukrayna müharibəsinə qədər bir-birindən pərən-pərən düşmüş Avropa dövlətləri bir araya gəlib Ukraynanı müdafiə etmələrinə nail oldu:

“Bu istər-istəməz Zelenskinin naliyyəti idi. Volodimir Zelenski Ukraynanı müdafiə məqsədilə Avropa koalisiyasını qurmağa nail oldu”.

Rəşad Bakuvi deyib ki, bir illik müharibə həm də Ukrayna xalqının döyüşkən ruhunu, qorxmazlığını, əzimkarlığını ortaya qoydu:

“Hər nə qədər Ukrayna dağılsa, şəhərlər, qəsəbələr yerlə yeksan edilsə də, lakin ukraynalıların döyüş əzmi, mübarizliyi yerindədir və Rusiyaya qarşı mübarizə davam edir. Ona görə də inanıram ki, Ukrayna xalqı bu mübarizədən alnı açıq, başı dik və mübarizədən qalib olaraq ayrılacaq. Ümumiyyətlə, nəinki Ukrayna, dünya ictimaiyyəti bu prosesdən qalib çıxacaq. Çünki burada xeyirin şərlə, demokratiya ilə diktaturanın mübarizəsi gedir. Bu müharibədə Ukraynanın qalib gəlməsi həm də demokratiya, insan hüquq və azadlıqları, siyasi azadlıqların avtoritarizm, diktatura üzərində qalibiyyəti olacaq ki, bundan da qonşu ölkələr, həmin öıkələrin cəmiyyətləri, xalqları müsbət mənada təsirlənəcəklər. İstər-istəməz bu belə olacaq. Çünki bütün proseslər buna doğru gedir”.

Rəşad Bakuvi hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin sonucu, Ukraynanın bu mübarizədən qalib ayrılması postsovet məkanına da müsbət təsir göstərəcək.

Anar
Xəbəri paylaş