"Xocalı hadisələrinə soyqırım kimi qiymət verməyə istinad ediləcək bir çox beynəlxalq hüquq normaları və müqavilələr mövcuddur".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən hüquqşünas Əli İbrahimovun sözlərinə görə, Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (buradan soyqırımı təşkil edən hərəkatlar bəşəriyyətə qarşı cinayətlər və hərbi cinayətlər kimi tövsif olunur), Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya üzrə Nizamnaməsinin 4-cü maddəsi. Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsinin 1-ci maddəsi, Beynəlxalq Cinayət Məhkəməsinin statusunun 6-cı maddəsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsi, AR-Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanını buna şamil etmək olar.
Hüquqşünas deyib ki, Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər beynəlxalq hüquqi sənədlərə uyğun olaraq soyqırım kimi tövsif olunur:
Mehman