Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəlzələdə öldüyü zənn edilən şəxs qəbirə qoyularkən dirildi -ÖZƏL

Zəlzələdə öldüyü zənn edilən şəxs qəbirə qoyularkən dirildi


Kahramanmaraşda baş verən zəlzələlər Türkiyə və Suriyada on minlərlə insanın ölümünə səbəb olub. Zəlzələdən ağır zərbə alan Suriyada dağıntıların çıxarılması zamanı maraqlı hadisə yaşanıb.

Suriyada baş verən dağıdıcı zəlzələdən vəıfat etdiyi zənn edilən Əhməd əl-Mağribi qəbirə qoyulurkən dirilib.

Newscenter.az Daily Star-a istinadən xəbər verir ki, Əhməd əl-Mağribi Suriyanın Atarib qəsəbəsində çökmüş binadan çıxarıldıqdan sonra onun öldüyü zənn edilib. Yaxınlarının ina sahib çıxması üçün həkimlər Əhməd əl-Məğribi 2 gün morqda saxlayıblar. 2 gündən sonra dəfn edilən zaman Əhməd əl-Məğribi qəbirə qoyularkən tərpənib və dirilib. Gənc suriyalının zəlzələ zamanı qorxudan ürəyinin dayandığı ehtimal edilir.

Mehman
Xəbəri paylaş