Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan dövləti İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etməlidir -ÖZƏL

Azərbaycan dövləti İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etməlidir


"Xocalıda ölən insanların, əlil olanların, əsir götürülüb işgəncə verilənlərin hüquqları da kobudcasına pozulub. 1992-ci il 26 fevral tarixində Xocalıda yaşayan Azərbaycan əhalisi ermənilər tərəfindən bu hüquqlardan məhrum edilmiş və ölüm və zorakılığa məruz qalmışlar".

Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. O bildirib ki, bütün bu faktları nəzərə alaraq Azərbaycan dövləti öz vətəndaşlarının hüquqlarını qorumaq məqsədilə BMT İnsan Hüquqları Komitəsinə müraciət etməlidir:

"Bütün bunlarla yanaşı Xocalıda baş verən soyqırım aktında "İnsan hüquqlarının ümumi və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının da maddələri pozulnmuşdur. Bunu nəzərə alaraq Azərbaycan dövləti İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etməli və bu hüquqları pozan ermənilərin cəzalanmasını tələb etməlidir”.

Mehman
Xəbəri paylaş