Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müəllimlərin əmək haqqı artımı kimlərə şamil olacaq?

Müəllimlərin əmək haqqı artımı kimlərə şamil olacaq?


"Azərbaycan Prezidenti cənab İlham Əliyev müəllimlərin əmək haqqlarının artırılması barədə sərəncam imzalayıb. Sərəncamla müəllimlərin aylıq vəzifə maaşları bu aydan etibarən orta hesabla 10 faiz artırılıb. Bu kateqoriya işçilərin əmək haqqılarında artım olacaq".

Newscenter.az-ın xəbərinə görə, Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər, həmin müəssisələrin direktor və direktor müavinləri, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər, gəmin müəssisələrdə gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərləri, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilər bu sıraya aiddir:

"Qeyd edək ki, müəllimlərin əmək haqqlarının artırılması ilə bağlı təkliflər bu ayın 5-dək hökumətə təqdim olunmuşdu. Öncədən qeyd olunduğu kimi, sərəncamın fevralın 23-də imzalanmasına baxmayaraq maaş artımları fevralın 1-dən hesablanacaq".

Mehman
Xəbəri paylaş