Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyev estoniyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev estoniyalı həmkarını təbrik edib


Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Prezidenti Alar Karisə təbrik məktubu ünvanlayıb.

Newscenter.az xəbər verir ki, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Estoniyanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xoş ənənələrə malik əlaqələrimizin inkişafı, əməkdaşlığımızın genişləndirilməsi bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Sevinc
Xəbəri paylaş