Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qafqaz regionunda sabitliyin pozulmasında maraqları olan ölkələr və qüvvələr mövcuddur -ÖZƏL

Qafqaz regionunda sabitliyin pozulmasında maraqları olan ölkələr və qüvvələr mövcuddur


“Münhen Təhlükəsizlik Konfransı çərçivəsində, Azərbaycan və Ermənistan hökumət başçılarının səsləndirdikləri bəyanatlar və əldə olunan nəticələr, ardınca Beynəlxalq Ədalət Məhkəməsində hər iki ölkənin müraciəti əsasında qarşılıqlı irəli sürülən ittihamlar, yenə də ardınca qondarma rejimin naziri olan, rus emissarı kimi hər iki ölkədə tanınan Ruben Vardanyanın vəzifəsindən çıxarılması və nəhayət Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin yenidən Brüssel platformasında hər iki ölkə təmsilçisinin birlikdə görüşünün təşkil ediləcəyi xəbərləri, bu münaqişənin həlli üçün ən əlverişli zamanın yetişdiyini göstərməkdədir".

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, bu əlverişli zaman, Rusiyanın başının qarışması və zəifləməsi ilə bağlı ola bilər:

“Avropa İttifaqında münaqişənin sülh yolu ilə həllinə çalışan ölkələrlə yanaşı, problemlərin ədalətli həlli üçün çalışmayan, öz çirkin siyasi oyunbazlıqlarından dolayı, Cənubi Qafqaz regionunda sabitliyin pozulmasında və gərginliyin davam etməsində maraqları olan ölkələr və qüvvələr mövcuddur. Məhz o ölkələrin təşəbbüsü ilə, Aİ-nın mülki missiyası Ermənistan ərazisi vasitəsilə mübahisəli saydıqları ərazilərə səfər edirlər. Bu da separatçı və işğalçı Ermənistanı və Qarabağ bölgəsində yerləşən separatçı rejimi ruhlandırır və çirkin niyyətlərindən əl çəkmək istəmirlər. Məhz Qarabağdakı erməni separatçılarını Azərbaycanla tərəf kimi danışıqlarda iştirak etmək hüququna Aİ və ABŞ -da olan qüvvələrin səyi ilə nail oldular”.

Çingiz Şahbazinin sözlərinə görə, Ermənistandan alət kimi istifadə etməyə çalışan qüvvələr, Rusiyanın oyundan kənar vəziyyətini özləri üçün fürsət bilir və çalışılır ki, Cənubi Qafqaza yerləşmək üçün bütün yaranan fürsətləri sınaqdan keçirsinlər.

Mehman
Xəbəri paylaş