Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağda 24 saatlıq MÜHARİBƏ OLACAQ

Qarabağda 24 saatlıq MÜHARİBƏ OLACAQ


Sosial şəbəkələrdə erməni bloger Roman Baqdasaryanın Qarabağ bölgəsinin etnik erməni əhalisini azərbaycanlılarla yeni müharibəyə sövq edən Rusiyanı, Ruben Vardanyanı, “Qarabağ klanı”nı və daşnakları tənqid etdiyi növbəti videosu yayılıb.

Newscenter.az-ın xəbərinə görə, loqqer qeyd edir ki, “Qarabağ klanı” və qondarma “Qarabağ hökuməti” 44 günlük müharibədə uduzub, amma buna baxmayaraq, ermənilərin azərbaycanlılarla əbədi vuruşmasını istəyirlər: “Həqiqəti bilmək istəyirsiniz? Qarabağda yeni müharibə başlasa, bunu açıq deyirəm, o zaman döyüşlər düz 24 saat davam edəcək. 24 saatdan sonra bir nəfər də olsun sağ oğlan qalmayacaq, Qarabağda bütün qadınlar evsiz, mənzilsiz qalacaq. Bunu istəyirsən? Arayik Arutyunyan Azərbaycanla danışmalıdır”.

Mehman
Xəbəri paylaş