Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya siyahıya Vardanyanı da əlavə etdi -ÖZƏL

Rusiya siyahıya Vardanyanı da əlavə etdi


Rusiyalı iş adamı Ruben Vardanyanın separatçıların "dövlət naziri" vəzifəsindən uzaqlaşdırılmasının səbəbləri barədə müxtəlif versiyalar, fikirlər səslənməkdədir. Bəziləri bunu Azərbaycanın qətiyyəti, digərləri separatçıların məğlubiyyəti, bir başqaları isə Rusiyanın istəyi ilə əlaqələndirirlər.

Hərbi ekspert Ədalət Verdiyev də hesab edir ki, Vardanyanın "istefaya" göndərilməsində Rusiya amili xüsusi qeyd edilməlidir. Newscenter.az bildirir ki, ekspertin sözlərinə görə, Vardan Rusiyanın qara siyahısına düşdüyü üçün belə bir aqibət yaşadı:

"Rusiya zamanı çatınca maraqlarına qurban verdiyi Məhəmməd Nəcibulla, Erix Honekker, Fidel Kastro, Müəmmar Qəddafi, Slobodan Miloşeviç, Səddam Hüseyn, Əskər Akayev, Viktor Yanukoviç və s. kimilərin yer aldığı qara siyahıya Ruben Vardanyanı da əlavə etdi"-deyə Ədalət Verdiyev vurğulayıb.

Mehman
Xəbəri paylaş