"Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması Prezident İlham Əliyevin xarici siyasət kursunda mühüm yer tutur".
Newscenter.az xəbər verir ki, bu fikirləri tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev səsləndirib. O bildirib ki, Xocalı soyqırımı barədə həqiqətlərin, erməni vandalizminin, törətdikləri qətliamların beynəlxalq aləmə, dünya ictimaiyyətinə çatdırılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən də fəal və məqsədyönlü tədbirlər həyata keçirilir:
"Fondun təşkilatçılığı və diaspor üzvlərinin dəstəyi ilə hər il Xocalı faciəsinin ildönümü ərəfəsində dünyanın müxtəlif ölkələrində faciə qurbanları yad edilir, sərgilər, görüşlər, icazəli aksiyalar keçirilir, xarici ölkə vətəndaşlarına soyqırımdan bəhs edən kitablar, jurnallar, bukletlər çatdırılır. 2020-ci ilin noyabrında işğalçı Ermənistan silahlı qüvvələri üzərində qazanılan qələbədən sonra faciə ilə bağlı kitablara, görüşlərə, tədbirlərə xarici ölkə vətəndaşlarının marağı daha da çoxalıb".
Mehman