Rusiyalı iş adamı kimi tanınan Ruben Vardanyanın separatçıların "dövlət naziri" vəzifəsindən azad edilməsinə münasibət müxtəlifdir. Bəziləri bunu Azərbaycanın tələbi, digər bir qism isə Rusiyanın oyunu kimi xarakterizə edir. Bəs, görəsən Vardanyanın istefaya göndərilməsində əsas hansı amil rol oynayıb?
Siyasi elmlər üzrə fəlsəfə doktoru, QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy Newscenter.az-a bildirib ki, Vardanyan məsələsi öncəliklə Rusiyada ermənipərəst Zatulin üslubu ilə Qafqaz siyasəti yürütmək istəyən Rus dairələrin növbəti məğlubiyyətidir. Onun sözlərinə görə, bu dəsti xəttin öncəki məğlubiyyətləri Ermənistanda Paşinyanın hakimiyyətə gəlişi, Üçüncü Qarabağ müharibəsi, Paşinyanın müharibə sonrası seçkiləri udması və Azərbaycanın Ermənistanin 2021 və 2022 təxribatlarına cavab verməsi olub:
"Rusiyanın Qafqaz siyasətində mənim "İqor Korotcenko üslubu" dediyim daha rasyonel yanaşma öz gücünü artırmağa davam edir. Heç şübhəsiz bunda Azərbaycan dövlətinin doğru və rasoonel strateji xəttinin də xüsusi əhəmiyyəti var. Ancaq diqqətli, balanslı və qərarlı olmağa davam etməkdə fayda var. Çünki xarici siyasət xüsusilə də kiçik dövlətlər üçün hissiliyi bağışlamır".
Mehman