Birləşmiş Ştatlarda "quş qripi" virusu yenidən güclü şəkildə yayılmağa başlayıb. Newscenter.az trthaber-ə istinadən bildirir ki, on milyonlarla toyuqun ölümünə səbəb olan və yumurta qiymətlərini artıran "quş qripi" epidemiyasının qarşısının alınması üçün toyuqların peyvənd edilməsinə başlanılıb.
Məlumat üçün qeyd edək ki, ötən ilin əvvəlində ABŞ-da yenidən başlayan "quş qripi" epidemiyası ölkə tarixində ən böyük epidemiyaya çevrilib və 47 ştatda yetişdirilən 58 milyondan çox quş, eləcə də vəhşi təbiətdəki quşları əhatə edib. Epidemiyanın artıq digər vəhşi heyvanlara da yayıldığı ehtimal edilir.
Buna səbəb H5N1 kimi tanınan virusun mutasiyaya uğrayaraq daha asan yayıla bilməsidir.
Mehman