Türkiyədə may ayının 14-də keçiriləcək prezident seçkilərinə hazırlıq istiqamətində həm iqtidar, həm də müxalifətin ciddi hazırlaşması seçkilərin gərgin keçəcəyindən xəbər verir. Bu arada uzun müddətdən bəri müxalif düşərgənin təmsil olunduğu "6-lı masa"nın da sonucda prezidentliyə namizəd müəyyən etməsi diqqətləri CHP lideri Kamal Kılıçdaroğluna yönəldib. Belə ki, 14 may seçkilərində hazırkı prezident Rəcəb Tayyib Ərdoğana rəqib kimi müxalifət CHP liderinə etimad göstərib.
Bəs, görəsən Kamal Kılıçdaroğlunun Ərdoğana qalib gəlmə şansı nə dərəcədədir?
Məlumat üçün qeyd edək ki, təkcə Türkiyədə deyil, eləcə də Azərbaycanda CHP liderinin Ərdoğana qalib gəlmə şansının az olduğunu düşünürlər. Hesab edilir ki, Kamal Kılıçdaroğlu Ərdoğana qalib gəlmə gücündə deyil. Elə konfiliktoloq Elman Vəliyev də bu qənaətdədir. Newscenter.az-a verdiyi açıqlamada Elman Vəliyev seçkilərdə CHP liderinin o qədər də səs toplaya bilməyəcəyini deyib:
"Çünki ağılı olan, siyasi düşüncəyə malik biri Kılıçlaroğluna səs verməz".
Mehman