Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Qadını həm də Vətənin dar günündə canının fəda edən Qəhrəmandır

Azərbaycan Qadını həm də Vətənin dar günündə canının fəda edən Qəhrəmandır


Azərbaycan Qadınları ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi inkişafında, humanitar, elmi-intellektual potensialının artırılmasında öz layiqli töhfələrini verməkdədirlər. Bu gün dövlətimizin və cəmiyyətimizin inkişafında onların zəngin xidmətləri əvəzolunmazdır.

Cənab Prezident İlham Əliyev hər zaman qadınların cəmiyyətdə olan müstəsna mühüm rolunu yüksək qiymətləndirərək qeyd edir ki, qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmaqla yanaşı, ölkəmizin bu günkü simasının müəyyənləşdirən böyük qüvvədir. Qadınlarımızın dövlət idarəçiliyində daha geniş təmsil olunması, mühüm vəzifələrdə və ictimai sekorlarda irəli çəkilməsi dövlətin onalara böyük etimadının nümunəsidir.

Mehriban xanım Əliyevanın böyük etimad göstərilərək Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi də məhz cəmiyyətdə qadın hərəkatına və iştirakçılığına, bütövlükdə qadına verilən dərin etibar və hörmətin bariz ifadəsidir.
Mehriban xanımın timsalında Azərbaycan qadınları müasir quruculuqda, ictimai-humanitar və diplomatik üstünlüklərin əldə edilməsində, çoxsaylı nailiyyətlərin qazanılmasında öz yorulmaz fədakarlıqlarını nümayiş etdirməkdədir.

Azərbaycan Qadını əsil Vətənpərvər, Mübariz, Cəcur və Vətənə sonsuz bağlıdır. Onların doğma torpağa sevgi və vətənpərvərlik ruhunda böyütdüyü layiqli oğullarımızın sayəsində biz torpaqlarımızı Ermənistanın əsarətindən xilas etdik, ərazi bütövlüyümüzü təmin etdik. Onların sayəsində Milli Ləyaqətimiz bərpa olundu, Başımız Ucadır. Bu Övladları böyüdən, tərbiyə edən Analarımız hər biri Qürur mənbəyimizdir.

Azərbaycan Qadını həm də Vətənin dar günündə canının fəda edən Qəhrəmandır. Əsrlər boyu doğma Vətənin müdafiəsində kişilərlə bərabər cəsurluq nümayiş etdirmiş, döyüş meydanlarında da şücaət göstərmiş Qadınlarımız 44 günlük Müharibədə də ön cəbhədə düşmənə layiqli cavab verdilər. Şəhid oldular.

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Bacılarımızla qürur duyur, Allahdan rəhmət diləyirəm.
Torpaqlarımızın azad edilməsində canından keçmiş Qəhrəman şəhidlərimizin, qazilərimizin Anaları, Bacılarının qarşısında baş əyir, sonsuz minnətdarlığımı bildirirəm.

Bu ilki 8 Martın digər özəlliyi odur ki, artıq qadınlarımız bayramı Qarabağda, Zəngilanın Ağalı kəndində öz doğma ocaqlarında qeyd edirlər, Səməni böyüdür, Qarabağda Bayram tonqalı alovlandırırlar.

Bütün Qadınlarımızı ən əziz günləri olan 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, onlara qarşıdan gələn bahar hərarətil xoş həyat, möhkəm cansağlığı, ailə səadəti və daha yeni uğurlar arzulayıram.
Qoy sizin zərifliyiniz, mehribanlığınız və müdrikliyiniz ailə ocağınızın və səadətinizin etibarlı mühafizəçisi olsun!

Tanrı Sizi və doğmalarınızı qorusun!

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş