Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda ödəmə terminalından 29 min manat oğurlanıb-FOTO-VİDEO

Bakıda ödəmə terminalından 29 min manat oğurlanıb-FOTO-VİDEO


Paytaxtın Nərimanov rayonunda yerləşən ödəmə terminallarından birindən 29 min manat oğurlanıb.

Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, naməlum şəxs terminalı sındıraraq oradan 29 min manata yaxın pulu ələ keçirib.

Həmin şəxsin oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rəşad Süleymanov müəyyən edilərək saxlanılıb.

Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir.

"Rəşad Süleymanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in "102" Xidməti Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər".



Mehman
Xəbəri paylaş